Dronlar vasitəsilə Kremlə zərbə endirmək cəhdindən sonra Vladimir Putin xəsarət almayıb və həmişəki kimi işini davam etdirir.
Ukrayna Daxili İşlər Nazirliyi hücum üçün - 8 BRİQADA YARADIB
FED.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat xidməti bildirib.
"Kiyev Kremlə pilotsuz təyyarələrlə zərbə endirmək cəhdi edib, lakin hücum uğurla dəf edilib", - Rusiya Federasiyası prezidentinin mətbuat xidməti məlumat yayıb.
Kreml Kiyev rejiminin hücum cəhdini "Qələbə Günü ərəfəsində planlaşdırılan terror aktı və Rusiya Federasiyası Prezidentinin həyatına qəsd kimi" qiymətləndirir.
Rusiya ordusu və kəşfiyyat orqanları Kremlə hücum edən iki pilotsuz aparatı sıradan çıxarıb, xəsarət alan olmayıb.
"Rusiya lazım bildiyi yerdə və vaxtda Kremlə zərbə endirmək cəhdinə cavab vermək hüququnu özündə saxlayır",- mətbuat xidməti bildirib. (Marja)
***
Bu gün gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Rusiya Prezidenti Vladimir Putinin Kremldəki iqamətgahına zərbə endirməyə cəhd göstərib.
FED.az xəbər verir ki, bu barədə Kremldən bildirilib.
Qeyd edilib ki, PUA hücumu nəticəsinə Prezident Vladimir Putin xəsarət almayıb, o, adi qaydada öz işini davam etdirir.
Rusiya hərbçiləri və xüsusi xidmət orqanları hücum edən iki PUA-nı sıradan çıxarıb, itki olmayıb.
Kreml hücum cəhdini Qələbə Günü ərəfəsində planlaşdırılan terror aktı və Rusiya Federasiyası Prezidentinin həyatına qəsd kimi qiymətləndirir.
“Rusiya lazım bildiyi yerdə və nə vaxt Kremlə zərbə endirmək cəhdinə cavab vermək hüququnu özündə saxlayır”, - məlumatda deyilir. (Apa)