Ukraynanın Rustya tərəfindən işğal edilmiş əraziləri rublla ödənişlərə keçir.
Eləcə də bax: Ukraynanın Xerson vilayətində - Rusiya Rublu İşləyəcək
FED.az xəbər verir ki, fevral ayından Rusiya qoşunları tərəfindən işğal edilən Melitopol şəhərində mağazalar və digər obyektlərdə rublla ödənişlər başlayıb.Hazırda mağazalarda qiymətlər iki valyuta ilə - rubl və ukrayna qrivnası ilə göstərilib. Alıclar ödənişi hansı valyuta ilə edəcəklərini özləri müəyyən edəcəklər. Şəhər rəhbərliyi bildirir ki, iki valyutanın işlədiyi keçid dövrü bir neçə ay davam edəcək, sonra isə hesablaşmalar yalnız rublla aparılacaq.
Bir qədər əvvəl bildirilib ki, Ukraynanın ruslar tərəfindən işğal edilmiş Xerson vilayəti və Berdyansk şəhəri (Zaparojye vilayəti) də rubl zonasına keçib.
Bundan başqa, Melitopolda Rusiya bankının açılacağı elan edilib. Şəhər rəhbərliyi bildirib ki, yaxın vaxtlarda şəhərdə Rusiyanın Beynəlxalq Hesablaşmalar Bankının filialının açılması da gözlənilir.
Bundan başqa Melitopol rəhbərliyi elan edib ki, şəhərdə fəaliyyətini dayandırmış Ukrayna banklarına olan kreditləri qaytarmaq lazım deyil. Bu barədə şəhərin rəhğbəri vəzifəsini icra edən Qalina Danilçenko bildirib.
Beynəlxalq Hesablaşmalar Bankı 2015-ci ildən fəaliyyət göstərir. Baş ofisi Moskvada olan bankın Rostovda, Taqanroqda, Belqorodda və Krımda (Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazisi) filialları var. Melitopolda bu bankın 7 bölməsi açılacaq.
Bundan əvvəl isə sözügedən bankın Donesk və Luqanskda filialları açılıb.
Onların vasitəsilə Rusiyadan ərzaq alınacaq və şəhərdəki müəssisələr öz məhsularını Rusiyaya sata biləcək – deyə mer bildirib.
May ayından etibarən isə sosial ödənişlər də rublla veriləcək – indiyədək Ukrayna tərəfindən maliyyələşdirilən bütün işləri indi Rusiya maliyyələşdirəcək – deyə mer bildirib.