Ukrayna limanları sıx şəkildə minalanıb, akvatoriya gəmilərin hərəkəti üçün son dərəcə təhlükəlidir.
Eləcə də bax: Ukrayna hərbçiləri Xarkovun şimalında Rusiya ilə dövlət sərhədinə çatıb - FOTO
FED.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanın buğda daşıyan gəmilərinin hərəkətinin əngəllənməsi ilə bağlı suala cavabında bildirib.
“İndi orada minatəmizləmə əməliyyatına ehtiyac var. Bu, çox çətin əməliyyatdır, lakin hələlik naviqasiya üçün təhlükə var. Ümumilikdə, dənizdə hərəkət üçün təhlükə çox yüksəkdir”, - deyə Peskov vurğulayıb.
Kremlin sözçüsü bu mövzunun BMT baş katibi Antonio Quterreslə Rusiya Prezidenti arasında bu yaxınlarda keçirilən görüşdə müzakirə olunduğunu da təsdiqləyib: "Həqiqətən, vəziyyət gərgindir, başa düşdüyünüz kimi, bütün bunlar bizim günahımız ucbatından baş vermir. Təchizatçılarımız beynəlxalq kommersiya əlaqələrini həyata keçirməkdə maraqlıdırlar, lakin təəssüf ki, sanksiyalar tətbiq edilib, hansı ki, bütün dünyada bumeranq effekti ilə qayıdır", - Peskov bildirib.
Kremlin gəmilərin keçidi müqabilində hər hansı məhdudiyyətin yumşaldılmasını müzakirə etməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov məhdudiyyətlərin Kreml tərəfindən tətbiq olunmadığını söyləyib: "Bizə burada heç nəyi aradan qaldırmağa ehtiyac yoxdur. ABŞ, Avropa ölkələri və digərləri tərəfindən qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır. Məhz bu məhdudiyyətlər irəli getməyə imkan vermir". (Apa)