Rusiya Cənubi Qafqaz regionunu tərk etməyə hazırlaşmır.
“Rusiya Paşinyanın açıqlamasından son dərəcə narazıdır”
FED.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə bəyanatına münasibət bildirərkən deyib.
"Moskva Paşinyanın bəyanatları ilə razılaşmır, Rusiya regionu tərk etməyə hazırlaşmır və tərk edə də bilməz. Rusiya Qarabağda təhlükəsizliyin zəmanətçisi rolunu oynamağa davam edəcək" - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Rusiyanın Cənubi Qafqaz regionunu tərk etməyə hazırlaşdığını deyib. (Apa)