Ukraynanın paytaxtı Kiyevdə hazırda restoranlar, banklar, valyutadəyişmə məntəqələri bağlıdır.
Eləcə də bax: Rusiya Mərkəzi Bankı valyuta bazarına müdaxilələrə başlamaq - Qərarına Gəlib
FED.az xəbər verir ki, hazırda ərzaq mağazalarında uzun növbələr yaranıb.
Növbələrin yaranmasının səbəbi kimi mümkün təxribatların qarşısının alınması üçün kütləvi halda insanların mağazalara buraxılmaması göstərilir.
Ərzaq qıtlığı hələlik müşahidə olunmur. Apteklərin də əksəriyyəti hazırda bağlıdır. (Report)