Rusiya Mərkəzi Bankı maliyyə bazarında vəziyyəti sabitləşdirmək üçün valyuta bazarına müdaxilələrə (intervensiyaya) başlamaq qərarına gəlib.
FED.az xəbər verir ki, Mərkəzi Bank banklara əlavə likvidlik vermək üçün əməliyyatları da bu gün həyata keçirmək qərarına gəlib.
Eləcə də bax: Rubl manat qarşısında 9%-ə yaxın - UCUZLAŞDI
"Rusiya Bankı və maliyyə qurumlarının istənilən ssenari üçün aydın fəaliyyət planları var",- məlumatda deyilir.
Qeyd edək ki, bu gün rubl kəskin ucuzlaşıb, dolların məzənnəsi 110 rublu keçib. (Marja)