İlon Maskın Trump qrupu üçün böyük maliyyə dəstəyi ilə bağlı məlumatlar açıqlanıb.
İlon Mask X/«Tvitter»i $44 milyarda almışdı – İNDİ $9 MİLYARDDIR
FED.az xəbər verir ki, 2023-cü ilin iyul-sentyabr ayları ərzində Mask, Donald Trampın seçki kampaniyasını dəstəkləyən “America PAC” komitəsinə 75 milyon dollar bağışlayıb. Bu komitə ABŞ-ın 2024-cü ildə keçiriləcək prezident seçkilərində seçici səsləri qazanmaq üçün, xüsusən də rəqabətli ştatlarda fəaliyyət göstərir. Qeyd olunan dövr ərzində, qrup bu məbləğin 72 milyonunu xərcləyib.
Trumpın seçki kampaniyası əsasən seçici ilə təmas qurmaq üçün xarici qruplardan asılıdır. Bu baxımdan, Maskın qurduğu və maliyyələşdirdiyi super PAC, seçkilərdə böyük rol oynayır. Teslanın CEO-su Mask, əvvəllər Demokrat namizədlərə dəstək verməsinə baxmayaraq, bu seçkilərdə açıq şəkildə Trumpı dəstəklədiyini elan edib və Pensilvaniyada keçirilən mitinqdə onunla birlikdə iştirak edib.
Mask, "Amerika PAC" vasitəsilə bir sıra tədbirlər keçirməyi planlaşdırır və Pensilvaniyada seçicilər ilə birbaşa əlaqəyə keçməyi hədəfləyir.