Amerikalı iş adamı və milyarder İlon Maska məxsus olan X/Twitter sosial şəbəkəsi 4 dəfə ucuzlaşıb.
FED.az xəbər verir ki, iş adamının 44 milyard dollara aldığı şəbəkə indi cəmi 9,4 milyard dollardır.
«Fidelity» şirkətinin hesablamalarına görə, «X» şəbəkəsinin qiyməti İlon Maskın onu almasından sonra 4 dəfə aşağı düşüb.
Qeyd edək ki, «Fidelity» - aktivlərin idarə edilməsi şirkətidir. O vaxtilə İlon Maska sosial şəbəkəni almağa kömək edib və bu prosesdə «X»i qiymətləndirib.