Vəsaitlər insanların həyat şəraitinin yaxşılaşdırılmasına sərf edilməli və xərclənmə prosesində şəffaflıq mexanizmləri tətbiq edilməlidir.
Eləcə də bax: İran şah dövründən qalan borcunu İngiltərədən "təcili" ödəməyini - TƏLƏB ETDİ
FED.az xəbər verir ki, Özbəkistan hökuməti İsveçrə rəsmi dairələri ilə razılıq əldə ediblər ki, Özbəkistanın ilk prezidentinin qızı Gülnara Kərimovanın 2012-ci ildən bəri bu ölkənin bank hesablarında qalan vəsaitdən 131 milyon dollar ölkəyə qaytatırlsın.
İsveçrə hökumətinin yaydığı məlumatda bildirilir ki, ikitərəfli razılıq aktına əsasən, vaxtı ilə Özbəkistanda qeyri-qanuni yolla əldə edilən və ölkə xaricinə çıxarılan aktivlər “insanların yaşayış şəraitini yaxşılaşdırmaq” üçün istifadə edilməli və geri qaytarma prosesi şəffaf və hesabatlı olmalıdır.
İki ölkənin imzaladığı çərçivə müqaviləsinə görə, Gülnarə Kərimovanın İsveçrədəki hesablarından müsadirə edilmiş 131 milyon dollar dəyərində vəsait Özbəkistana qaytarılır.
Bir müddət sonra imzanacaq sənəddə, hansında ki, tərəflərin hüquqi öhdəlikləri öz əksini tapacaq, vəsaitin geri qaytarılma prinsipləri və mexanizmləri işlənəcək.
Daha dəqiq ifadə etsək, Özbəkistanın vəsaitlərin geri qaytarılma prosesində şəffaflığı və hesabatlılığı təmin etməsi, “insanların yaşayış şəraitini yaxşılaşdırmaq” üçün aktivlərdən istifadə etməsi, davamlı inkişafı dəstəkləyən layihələrə investisiya qoyması üçün bir monitorinq mexanizmi qurması tələb olunacaq.
2012-ci ildə İsveçrə Baş Prokurorluğu Gülnara Kərimovaya qarşı açılan cinayət işi çərçivəsindəonun bu ölkə banklarındakı təxminən 800 milyon İsveçrə frankı və ya 879 milyon ABŞ dolları dəyərindəki aktivlərini dondurdu. 2019-cu ildə İsveçrə Baş Prokurorluğu bu məbləğin təxminən 131 milyon dollarının müsadirə edilməsi haqda qərar çıxartdı.
Hazırda 650 milyon İsveçrə frankdan çox olan vəsait dondurulmuş vəziyyətdədir. Geri qaytarılacağı təqdirdə Özbəkistan hökumətinin onlardan istifadə edə bilməsi üçün eyni geri qaytarılma şərtləri və istifadə mexanizmləri tətbiq ediləcək.
Gülnarə Kərimova hələ atasının – prezident İslam Kərimovun sağlığında 2012-ci ildə korrupsiya faktlarına görə hüquq mühafizə orqanlarının təftişinə məruz qalmışdı. 2013-cü ildə ev dustağı edilmişdi. 2015-ci ildə Daşkənd məhkəməsi onu pul vəsaitlərinin oğurlanması faktına görə 5 il azadlıqdan məhrum etmişdi. 2017-ci ildə Kərimovaya qarşı yeni cinayət əməllərinə görə iddialar irəli sürüldü və 2019-cu ilin martında Özbəkistan Ali Məhkəməsi onu 13 il 4 ay azadlıqdan məhrum etmə haqda qərar çıxartdı.
2020-ci ilin mayında Kərimovanın 10 milyon dollar dəyərində kapitalı Fransadan Özbəkistana qaytarıldı. O zaman Özbəkistan Ədliyyə Nazirliyi müntəzəm olaraq ictimaiyyətə Kərimovaya aid olan və ölkəyə qaytarılan vəsaitlərin xərclənməsi barədə məlumat verəcəyinə dair açıqlama yaymışdı.
Podrobno.uz qeyd edir ki, istintaq əvvəllər Kərimovanın dövlətə və vətəndaşlara vurduğu iki cinayət işində ziyanı 1,6 milyard dollar qiymətləndirmişdi. (Caspianbarrel)