İranın Müdafiə Nazirliyi İngiltərədən Məhəmməd Rza Şah Pəhləvi dövründən qalan borcunu "təcili" ödəməsini tələb etdiyini açıqlayıb.
Eləcə də bax: Livanda bank çekləri dəyərindən - 50-60% UCUZ NAĞDLAŞDIRILIR
FED.az xəbər verir ki, Müdafiə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İngiltərə Müdafiə Nazirliyinə bağlı olan IMS şirkətinin İrana olan borcunu ödəməməsi səbəbiylə başladılan hüquqi mübarizənin həm beynəlxalq aləmdə, həm də İngiltərədə Tehranın xeyrinə olduğu ifadə edilib.
Açıqlamada İngiltərədəki müvafiq qurumların "müxtəlif bəhanələr gətirərək və qanunsuz sanksiyalara əsaslanaraq" borclarını ödəmədiklərinə işarə edilib və aşağıdakı ifadələrə yer verilib:
"İngiltərənin İrana olan borcu ilə bağlı heç bir tərəddüd yoxdur. Müdafiə Nazirliyi də bu hüququn verilməsində qərarlıdır. İngiltərə Müdafiə Nazirliyinin son açıqlaması da bu istiqamətdədir. İngiltərə Müdafiə Naziri Ben Uolles də İrana olan 40 illik borcu beynəlxalq müqavilələrə uyğun olaraq qəbul edib və ödənilməli olduğunu ifadə edib."
Açıqlamada İranın İngiltərəyə qarşı reaksiyasının davam etməməsi üçün Londondan borcun qaytarılması ilə bağlı sürətli və praktik addımlar atması tələb edilib.
Geri ödəmənin İranda tutulan İngilis-İran ikili vətəndaşı Nazanin Zağari hadisəsi ilə əlaqəli olması ilə bağlı açıqlamada "İngiltərənin İrana borclarının ödənilməsi beynəlxalq məhkəmələrin qərarıdır. Bu müstəqil bir hüquqi mübarizədir və həbs edilənlərin sərbəst buraxılması ilə əlaqəsi yoxdur." deyə bildirilib.
Açıqlamada pulun qaytarılması üçün Xarici İşlər Nazirliyi və Mərkəzi Bankla koordinasiyalı bir şəkildə çalışıldığı da xatırladılıb
İngiltərə Müdafiə Naziri Ben Uolles 5 sentyabrda İngiltərənin İran hökumətinə borcunu ödəmək üçün çox ciddi çalışdığını bildirmişdi.
Qeyd edək ki, İran dövlət mediasının yazdığına görə, Tehran İngiltərəyə tanklar və zirehli texnika almaq üçün 1970-ci illərdə 400 milyon funt sterlinq ödəyib lakin silahları almayıb.