İranın Quru Qoşunları ölkənin şimal-qərbində Azərbaycanla sərhəd bölgələrdə irimiqyaslı hərbi təlimlərə başlayır.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
İran Quru Qoşunlarının komandanı general Kyumərs Heydərinin sözlərinə görə, təlimlər oktyabrın 1-i başlayacaq.
Təlimlərə zirehli bölmələr, artilleriya, pilotsuz uçuş aparatları və helikopterlər cəlb olunacaq.
Heydərinin sözlərinə görə, hərbi təlimlər əvvəlcədən hazırlanmış proqram əsasında ölkənin bu bölgəsində və digər vilayətlərində keçirilir. O bildirib ki, təlimlərin keçirilməsində məqsəd İranın silah və texnikalarının sınaqdan keçirilməsi, həmçinin döyüş hazırlığı səviyyəsinin qiymətləndirilməsidir.