ABŞ-la İran arasında gərginliyin fonunda İran rialı dollar qşarşısında növbəti dəfə rekord həddə ucuzlaşıb.
Eləcə də bax: Rusiya Belarusa böyük məbləğdə - KREDİT VERƏCƏK
FED.az xəbər verir ki, iranda rəsmi məzənnələrə gjrə 1 ABŞ dolları 42 min rial olsa da, «qara bazarda» dolların real olaraq alınıb-satıldığı məzənnə bundan təqribən 7 dəfə fərqlənir. Rialın bu dəfəki ucuzlaşmasının səbəbi ABŞ-ın İrana qarşqı sanksiyaları bərpa edəcəyi barədə bəyanatıdır. Sentyabrın 19-da ABŞ prezidenti Doqnald Trampın administrasiyası bəyan edib ki, ABŞ BMT-nin İrana qarşı sanksiyalarını bərpa edəcək. Bu bəyanatdan sonra İranda dolların qeyri-rəsmi məzənnəsi 267800 rialdan 273 min riala yüksəlib.
Ümumilikdə 2020-ci ildə İran rialı 49% dəyərdən düşüb.
İran ABŞ-ın bu addımını «qanunsuz və qüvvədən düşmüş» adlandıraraq rədd edib. BMT-nin baş katibi Antoniu Quterriş də şənbə günü Təhlükəsizlik Şurasında bildirib ki, ABŞ-ın bəyanatı ilə bağlı bir addım ata bilməyəcək. Çünkim bununla bağlı qeyri-müəyyənlik var.
Bip neçə il əvvəl İranla bağlanan nüvə sazişinin digər iştirakçıları olan Avropa ölkələri – Fransa, Böyük Britaniya və Almaniya da bəyan ediblər ki, ABŞ-ın İrana qarşı sanksiyalarını bərpa etmək üçün atılan istənilən addım hüquqi qüvvəyə malik orlmayacaq. Çünki Vaşinqton sanksiyanı tətbiq etmək üçün İranla 20915-ci ildə imzalanmış nüvə sazişindəki mexanizmdən istifadə edəcəyini bildirib. Amma ABŞ özü 2018-ci ildə bu sazişdən çıxıb. Cavabında ABŞ prezidenti Tramp bildirib ki, İrana qarşı sanksiyaları pozan istənilən şirkətə qarşı sanksiya tətbiq ediləcək.
İran xarici işlər nazirliyi də Vaşinqtonun bu addımını «mənasız» sayıb. Nazirlik bildirib ki, «ABŞ-ın bu məsələyə yanaşması beynəlxalq sülhə təhlükə törədir: «ABŞ bu addımın səbəb olacağı nəticələri nəzərə almalıdır» - deyə nazirlik bildirib, amma hansı addımlar atacağını dəqiqləşdirməyib.