ABŞ-ın, xarici əməliyyatlarından məsul generalı Qasım Süleymanini öldürməsinə cavab vermək üçün İran 13 ssenarini qiymətləndirir.
Eləcə də bax: «ABŞ-ın 300 hədəfini vura bilərik – HAMISINA ƏLİMİZ ÇATIR» - İRANDAN CAVAB
FED.az xəbər verir ki, İran Milli Təhlükəsizlik Şurasının yaydığı açıqlamada, bu ssenarilərdən ən zəifinin belə ABŞ üçün "tarixi kabus" olacağı qeyd edilib.
Yarı rəsmi bir İran xəbər agentliyində yayımlanmış açıqlamada "Bu ssenarilərin ən zəifində fikir birliyi təmin edilsə belə, bunun tətbiq olunması amerikalılar üçün tarixi bir kabus ola bilər. Hələlik, kəşfiyyat səbəbilə mediaya daha çox məlumat verə bilmirik",- deyilir.
Açıqlamadan sonra bazarlardakı optimist hava sona çatıb. ABŞ səhmləri ucuzlaşıb, qızıl yenidən bahalaşıb.
İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif, ABŞ-ın Qasım Süleymanini öldürməsinə cavabının "İranın seçdiyi bir zamanda və yerdə" olacağını söyləmişdir. Həmçinin Zərif, ABŞ-ın Orta Şərqdən çıxması üçün geri saymanın başladığını və bölgənin ABŞ-ın varlığına güvənməyə davam etməsi vəziyyətində müharibə mövzusunda xəbərdar etmişdir.
Marja