İran İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general general Qasım Suleymaninin öldürülməsinə cavab olaraq rəsmi Tehran ABŞ-ın hərbi obyektlərinə «birbaşa zərbə» hazırlayır.
FED.az xəbər verir ki, belə bəyanatla İranın ali dini lideri Ayətullah Əli Xameneyinin hərbi müşaviri Hüseyn Dehqan CNN televiziya şirkətinin efirində bildirib.
"Müharibəni Amerika başladı. Buna görə onlar hərəkətlərinə məqsədəuyğun reaksiyaya hazır olmalıdır. Bu müharibə dövrünə son qoyacaq yeganə şey amerikalıların vurduqları zərbəyə bərabər zərbə almalarıdır”, - deyə o, CNN-ə bildirib.
"Cavab şübhəsiz ki, hərbi olacaq və hərbi obyektlərə qarşı yönəldiləcək", - İran rəhbərinin məsləhətçisi vurğulayıb.
İranın keçmiş müdafiə naziri olan, indi isə ali dini liderin müşaviri vəzifəsini tutan Dehqan bildirib ki, zərbələr İranın başqa ölkələrdəki döyüşçülərindən deyil, İranın özü tərəfindən vurulacaq: «Amerika, cənab Tramp birbaşa bizə zərbə vurdu, biz də birbaşa Amerikaya qarşı zərbə endirəcəyik».
Qeyd edək ki, hazırda ABŞ regiondakı hərbi gücünü artırmaqdadır. Səudiyyədə minlərlə, İraqda isə 5 mindən artıq amerikan hərbi qulluqçusu var. Bundan başqa, ABŞ-ın Qətərdə, Bəhreyndə, İordaniya, Küveyt və BƏƏ-də hərbi qüvvələri var.
İranın digər rəsmiləri kimi, Dehqan da bildirib ki, İran cəmib tədbirlərində tələsməyəcək və hədəfləri diqqətlə seçəcək: «Bizim reaksiyamız müdrik, düşünülmüş və vaxtında, həlledici effektlə olacaq».
Qeyd edək ki, bu gecə Tramp İrana bir də xəbərdarlıq edərək bildirib ki, İran zərbə endirsə, ABŞ İrandakı 52 hədəfə zərbə endirəcək. «Müharibənin qurtarmağını istəyirik» - deyə prezident bildirib. Dehqan isə Trampın bu xəbərdarlığına cavab verib: «Müharibəni Amerika başlayıb, müharibə o vaxt qurtaracaq ki, ABŞ bizə endirdiyinə bərabər cavab alsın».
Dehqan Tramın 52 obyekti, o cümlədən mədəni irs abidələrini həhdəfə aldığı barədə xəbərdarlığına cavab olaraq bildirib ki, İran ABŞ-ın 300 obyektini hədəfdə saxlayır: «Əgər o 52 obyekt deyirsə, biz 300 deyirik və onların hamısına bizim əlimiz çatır. Heç bir amerikan hərbi qərargahı, siyasi mərkəzi, hərbi bazası və amerikan gəmisi təhlükəsizlikdə deyil».
Qeyd edək ki, son aylar Tramp özü və digər ABŞ rəsmiləri İranla danışıqlar imkanı haqda bəyanatlar verirdilər. Dehqan bunu təkzib edib: «İndiyədək bəzi səbəblərə görə, ABŞ-la danışıq aparmırdıq, indi isə bu ümumiyyətlə mümkün deyil».
Müsahibə zamanı Dehqan bildirib ki, Qasım Südeymaninin öldürülməsi Quds qüvvələrini zəiflətməyəcək: «Onu əvəz edən insan Süleymani ilə 20 ilə yaxındır işləyir. Onun üsulları və metodları da Süleymanidə olduğu kimidir».
Bununla yanaşı, o qeyd edib ki, İranın rəhbərliyi «heç vaxt müharibəyə cəhd etməyib və buna cəhd etməyəcək».