Hindistan Ermənistana 20 milyard rupi (244,7 milyon dollar) dəyərində silah və sursat partiyası verəcək.
Eləcə də bax: Rusiya neftin qiyməti ilə bağlı – Hindistana Xahiş Edib
FED.az xəbər verir ki, bu barədə "The Economic Times" məlumat yayıb. Silah satışı iki ölkə arasında sentyabrın əvvəlində imzalanmış müqavilələr əsasında həyata keçiriləcək
Müqaviləyə uyğun olaraq Hindistan Ermənistana xaricə ilk dəfə satılacaq öz dizaynlı Pinaka reaktiv yaylım atəş sistemləri (MLRS), həmçinin tank əleyhinə raketlər və sursat partiyası verəcək.
Qeyd edək ki, bu Hindistanın Ermənistana ilk silah partiyası deyil - 2020-ci ildə Hindistan Ermənistana dörd Svati artilleriya kəşfiyyat qurğusu təhvil verib.
Narendra Modinin hökuməti hakimiyyətə gələn 2014-cü ildən bəri Hindistandan silah tədarükünün həcmi yeddi dəfədən çox artıb. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, silah-sursat ixracı 2014-2015-ci maliyyə ilindəki 256 milyon dollardan 2021-2022-ci maliyyə ilində 1,528 milyard dollara yüksəlib.
Bu rəqəmləri nəzərə alanda, Hindistanın xaricə ixrac etdiyi silah-sursatın 6-da biri Ermənistana verilib.