Rusiya Hindistandan xahiş edib ki, neftin qiymətinə limit qoyulması ilə bağlı G-7 ölkələrinin təklifini dəstəkləməsin.
Eləcə də bax: KİV: Rusiyadan qazın qiymətinə limitin tətbiqi təklifi - DƏSTƏKLƏNMƏYİB
FED.az xəbər verir ki, bu barədə «Business Standard» qəzeti Hindistan XİN-in nümaynədəsinə istinadən məlumat yayıb.
Rəsmi Moskva bildirib ki, Hindistan bu təklifi dəstəkləməsə, Rusiya neftini Hindistana endirimli qiymətə satacaq.
Qəzet yazır ki, Rusiya tərəfi bildirib ki, Hindistan bu təklifi dəstəkləməsə, nefti ona İraqdan da böyük endirimlə satacaq.
«Əvəzində istəyirlər ki, Hindistan G-7-nin təklifini dəstəkləməsin»-deyə Hindistan XİN nümayəndəsi bildirib.
Rusiyanın bu təklifinə Hindistanın münasibətinə gəlincə, XİN nümayəndəsi bildirib ki, bu məsələ ilə bağlı qərar, bir qədər sonra, bütün partnyorlarla məsləhətləşmələrdən sonra qəbul ediləcək.