Sinqapur Hava Yolları Qrupu (SIA Qrupu) koronavirus (Kovid-19) səbəbindən 3 hava yolu şirkətindəki 2400 işçisini ləğv edəcəyi bildirib.
Eləcə də bax: İran şah dövründən qalan borcunu İngiltərədən "təcili" ödəməyini - TƏLƏB ETDİ
FED.az xəbər verir ki, Sinqapur Hava Yolları Qrupunun CEO-su Goh Choon Phong bu qərarın bərpa müddətinin uzun və qeyri-müəyyənliklərlə dolu olacağı səbəbiylə alındığını bildirib.
"Sinqapur", "SilkAir" və "Tigerair" Hava Yollarından ibarət olan Singapur Hava Yolları Qrupunun verdiyi açıqlamada işəgötürmələrin dayandıqmağın, erkən təqaüdə göndərmələrin və könüllü işdən çıxacaq 1900 nəfərin ardından daha 2400 nəfərin işdən çıxarılacağı qeyd edilib.
Qeyd edək ki, qrupun keçən mart ayına qədər ümumilikdə 21 min 300 əməkdaşı var idi. COVİD-19 səbəbiylə tətbiq olunan komendant saatı və səyahət məhdudiyyəti səbəbiylə hava yolu qrupu tutumunun 8%-i ilə işləyirdi.
Digər tərəfdən, şirkət sərnişin trafikindəki səviyyənin 2024-cü ilə qədər əvvəlki halına qayıtmayacağını proqnozlaşdırır.