Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda 16 milyon funt sterlinqi necə və hara xərclədiyini üzə çıxardığı üçün Böyük Britaniyanın Milli Cinayət Agentliyinin təhqiqatçısı (MCA) Nicola Bartlett beynəlxalq mükafata layiq görülüb.
Eləcə də bax: Azərbaycanlı qadın məmur sakinlərlə görüşə - HELİKOPTERLƏ GETDİ
FED.az "Unikal.org"-a istinadən xəbər verir ki, Nicola Bartlett Zamirə Hacıyevanın Londonda sərvətini üzə çıxardığı üçün 14 illik "Keith Hughes" mükafatında fərdi kateqoriya üzrə qalib olub.
O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində araşdırma aparıb və Zamirə Hacıyevanın qanunsuz sərvətini üzə çıxarıb. UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün qanundur.
Britaniya Cinayətkarlığa qarşı Mübarizə Agentliyi iddia edib ki, xanım Hacıyeva Birləşmiş Krallıqda daşınmaz əmlak almaq üçün fırıldaq yolu ilə əldə olunmuş vəsaitlərdən istifadə edib.
Qeyd edək ki, Zamirə Hacıyeva 2018-ci ilin oktyabr ayında Böyük Britaniyanın İzahedilməz Sərvət Sərəncamının ilk hədəfi olan şəxs kimi tarixə düşüb.