Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə gedib.
FED.az xəbər verir ki, H.Hüseynovanın olduğu helikopter Ağdam Olimpiya İdman Kompleksinin stadionuna eniş edib.
Eləcə də bax: Prezident qadınlara səsləndi: “İşləyin, ərlərinizdən - AZ ASILI OLUN” - VİDEO
Komitə sədrini Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb.
Xəbəri Ağdam Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Ağdam, Bərdə və Tərtər rayonundan olan vətəndaşlarla görüşəcək.