Gürcüstan hökumətində kadr dəyişiklikləri edilib.
Eləcə də bax: Gürcüstan Milli Bankı faizini dəyişməz - SAXLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili brifinqdə məlumat verib.
Onun sözlərinə görə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi naziri Levan Davitaşvili iqtisadiyyat və dayanıqlı inkişaf naziri, onun yerinə isə Otar Şamuqiya təyin olunub.
Qeyd edək ki, 2019-cu ilin aprelindən qonşu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava olub. Levan Davitaşvili isə 2017-ci ildən kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi naziri vəzifəsində çalışıb. O.Şamuqiya isə 2020-ci ildən L.Davitaşvilinin müavini postunu tutub.