Gürcüstanda bu gündən etibarən tətbiq edilən fövqəladə hal rejimi çərçivəsində aprelin 21-dək spirtli içkilərin satışı ilə məşğul olan mağazaların fəaliyyəti dayandırılıb.
Eləcə də bax: Əhalinin ən çox içdiyi araq markası – MƏLUM OLUB
FED.az “İnterfaks”a istinadən xəbər verir ki, qadağa eyni zamanda pivə və şərab satışı ilə məşğul olan obyektlərə də aiddir. Restoranlar yalnız məhsulların sifarişini yerinə yetirəcəklər. Müştərilərin obyektə daxil olmasına icazə verilmir.
Qeyd edək ki, fövqəladə hal rejimi çərçivəsində 3 nəfərdən artıq insanın bir yerə toplaşmasına da icazə verilmir.
Saat 21:00-dan saat 06:00-dək təbiq edilən komendant saatında isə küçəyə çıxmaq qadağandır.
İnsanlar şəxsi avtomobillərində isə sürücü daxil 2 nəfərdən artıq olmayaraq hərəkət edə bilərlər.
70 yaşdan yuxarı insanların isə mağaza və apteklərə getməsi belə qadağandır.
Tbilisi, Batumi, Kutaisi, Rustavi, Poti, Zuqdudi və Qori şəhərlərində nəzarət-buraxılış məntəqələri qurulub.
Qeyd edək ki, Gürcüstanda 110 nəfərdə koronavirus tapılıb. 21 nəfər isə sağalıb.