Araq istifadəçilərinin sayı və ən çox istifadə edilən spirtli içkinin markası məlum olub.
Eləcə də bax: Əhalinin ən çox istifadə etdiyi siqaret markası – MƏLUM OLUB - SORĞU
FED.az xəbər verir ki, bu, «Business Insight» şirkətinin Bakı şəhərində əhalinin həyat tərzini öyrənmək məqsədi ilə keçirdiyi sorğuda məlum olub.
Sorğu iştirakçılarına «Siz spirtli içkilərdən, araq içirsinizmi» və «Siz hansı markalı araqdan içirsiniz» sualları verilib.
Respondentlərin 87,7%-i araq istifadəçisi olmadığını, 12.3 faizi (80 nəfər) araq istifadəçisi olduğunu bildirib. Bu kateqoriyadan olan paytaxt sakinlərinin 21.3%-i isə araqdan istifadə edərkən markaya önəm vermədiyini qeyd edib.
İstifadə olunan brendlər arasında isə siyahıya “Nemiroff” liderlik edib.
Xatırladaq ki, Bakıda 650 nəfər arasında keçirilən sorğuda iştirak edənlərin 50%-i qadın, 50%-i kişi olub. Respondentlərin 10,8%-i 18-25 yaş arası, 36,9%-i 26-35 yaş arası, 20,6%-i 36-45 yaş arası, 17,4%-i 46-55 yaş arası, 14,3%-i isə 56-65 yaş arasında olanlardır. Respondentlərin orta aylıq gəlirləri 540 AZN, ailənin orta aylıq gəliri 820 AZN olub. Rəyi soruşulanların 46%-ni orta məktəb, 15%-ni orta ixtisas texnikomu, 39%-ni isə ali təhsilli şəxslər təşkil edib.