Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti bələdiyyəsinin dörd əməkdaşı dörd rüşvət faktı üzrə saxlanılıb.
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
Eləcə də bax: Rüşvət alan gömrük işçisinin - MƏHKƏMƏSİ BAŞLAYIB - RÜŞVƏTİN MƏBLƏĞİ
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər Kobuleti bələdiyyəsi ərazisində həyata keçirilən müəyyən infrastruktur layihələrin yerinə yetirilməsi ilə bağlı sənədlərə görə rüşvət tələb ediblər.
Faktla bağlı istintaq aparılır. Saxlanılanları 6 ildən 9 ilədək həbs cəzası gözləyir.
Cinayət əməlində iştirak edən digər şəxslərin müəyyən olunması üzrə istintaq tədbirləri davam etdirilir.
Report