Gürcüstanda kollektiv immunitetin yaradılması məqsədi ilə əhalinin 60%-nə COVİD-19 peyvəndinin vurulması planlaşdırılır.
FED.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, klinik tədqiqatların olmamasına görə peyvənd 18 yaşdan aşağı şəxslərə vurulmayacaq.
A.Qamkrelidze həmçinin qeyd edib ki, vaksinasiya proqramı üçün təxminən 170 milyon lariyədək büdcə ayrılması planlaşdırılır.
Qeyd edək ki, Gürcüstanda ilk mərhələdə “Pfizer” və “Moderna” vaksinlərinin tətbiqi nəzərdə tutulur. Ölkədə kütləvi peyvəndləməyə cari ilin birinci rübündə başlanması planlaşdırılır. (Apa)