2019-cu ilin Oktyabr ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 395 milyon 211 min manat təşkil edib. Bu, Sentyabr ayı ilə müqayisədə 18 milyon 451 min manat və ya 4,9% çoxdur.
FED.az Komitənin aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 9 ayı ərzində isə Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 3 milyard 645 milyon 321 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 666 milyon 829 min manat və ya 22,4% çoxdur.
Eləcə də bax: Toplanan gömrük rüsumu və vergilər - SENTYABRDA AZALIB
Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsi üzrə Dövlət Gömrük Komitəsi üçün 4 milyard manat büdcə tapşırığı nəzərdə tutulub.
Marja