2019-cu ilin Sentyabr ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 376 milyon 759 min manat gömrük rüsumu və vergiləri daxil olub.
FED.az komitəyə istinadən xəbər verir ki, 2018-ci ilin Sentyabr ayı ilə müqayisədə daxilolma 47 milyon 349 min manat və ya 14,4% artıb, 2019-cu ilin avqust ayı ilə müqayisədə isə 18 milyon 42 min manat və ya 4,8% azalıb.
Eləcə də bax: Azərbaycanda vergi və gömrük güzəştləri ilə bağlı - İŞLƏRƏ BAŞLANILIB
Avqust ayı ilə müqayisədə Sentyabrda toplanan gömrük rüsumu, ƏDV, aksiz vergisi və yol vergisi azalıb.
Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 3 milyard 250 milyon 416 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 650 milyon 42 min manat və ya 25% çoxdur. 2018-ci ilin 9 ayı ərzində daxilolma 2 milyard 600 milyon 374 min manat təşkil etmişdi.
Büdcə daxilolmaları |
Sentyabr 2018 |
Sentyabr 2019 |
Avqust 2019 |
Gömrük rüsumu üzrə |
77431.10 |
104870.17 |
96723.30 |
ƏDV üzrə |
230674.70 |
251628.45 |
272301.70 |
Aksizlər üzrə |
18201.90 |
16789.38 |
22254.80 |
Yol vergisi üzrə |
3102.90 |
3471.34 |
3521.70 |
Cəmi: (min manatla)
|
329410.60 |
376759.34 |
394801.50 |