Bakı Baş Gömrük İdarəsində Azərbaycan Respublikasının vətəndaşı İsayev Samir Fərman oğlu tərəfindən Çin Xalq Respublikasından idxal edilən 5220 ədəd “üzümçülükdə və digər məqsədlər üçün istifadə olunan torlar” yükünün rəsmiləşdirilməsi zamanı malların mülki dövriyyəsinə yol verilməyən əşyaların siyahısına aid olduğu şübhəsi yaranıb.
“Sınıq Körpü”dən külli miqdarda pul keçirilməsinə - CƏHD OLUB
FED.az xəbər verir ki, komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda bildirilir ki, bu məqsədlə müvafiq ekspert tədqiqatlarının aparılması üçün Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət edilib.
İdarənin apardığı tədqiqatların nəticələri gömrükçülərin şübhələrini təsdiqləyib.
Belə ki, ekspert rəyinə əsasən idxal edilmiş torların diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqçılıq torları olduğu müəyyənləşib.
Xatırladaq ki, aşkar edilən balıqçılıq torları mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.