“Sınıq Körpü” gömrük-keçid məntəqəsi və Tbilisi hava limanı vasitəsilə Gürcüstana külli miqdarda vəsaitin qanunsuz şəkildə keçirilməsinə cəhd edilib.
Eləcə də bax: 50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə - CƏLB OLUNACAQ
FED.az xəbər verir ki, məlumatı Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb.
Bildirilib ki, şübhəli əsaslarla əcnəbi vətəndaşların detallı fiziki yoxlanışı və yüklərinə baxış zamanı 98 850 ABŞ dolları aşkarlanıb.
Qeyd olunub ki, bəyan edilməmiş pulun ümumi məbləği Gürcüstan Milli Bankının məzənnəsinə əsasən 274 675 lari təşkil edib. Gürcüstan Gömrük Məcəlləsinə müvafiq maddəsi ilə ümumi məbləğin 10 faizinə sanksiya tətbiq edilərək 27 467 lari müsadirə edilib. (Apa)