“Gecə Ermənistan-Azərbaycan sərhədində ciddi insidentlər qeydə alınmayıb”.
Eləcə də bax: Azərbaycanla Ermənistan arasında - YENİ ATƏŞKƏS RAZILAŞMASI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ermənistan mediasına görə, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan açıqlayıb.
Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunduğunu açıqlayıb. Məlumata görə, tərəflər sentyabrın 14-də saat 20:00-dan etibarən sərhəddə atəşkəs barədə razılığa gəliblər.