Azərbaycanla Ermənistan arasında yeni atəşkəs razılaşması əldə edilib.
FED.az xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan televiziyaya müsahibəsində parlamentdə bildirib. Onun sözlərinə görə, «beynəlxalq təşkilatların da cəlb olunması sayəsində 14 sentyabr saat 20-dn etibarən atəşkəs razılığı əldə edilib.
Xatırladaq ki, bir gün əvvəl baş nazir Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan müqaviləyə imza atmağa hazır olduğunu bilidrmişdi.
Armen Qriqoryan isə bildirib ki, Azərbaycanla imzalanması gözlənilən sənəd mövcud deyil.