Fransa ötən gün Azərbaycanın İrandakı səfirliyinə qarşı insan tələfatı ilə nəticələnən hücumu pisləyir.
Fransa XİN-dən Azərbaycana qarşı qətnamə ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə Fransanın Xarici və Avropa İşləri Nazirliyinin bəyanatında bildirilib.
“Fransa ötən gün Azərbaycanın İrandakı səfirliyinə qarşı bir səfirlik əməkdaşının ölümü, ikisinin isə yaralanması ilə nəticələnən hücumu pisləyir.
Biz həlak olan şəxsin ailəsinə başsağlığı veririk. Diplomatlara və diplomatik korpusa istənilən hücum qəbuledilməzdir.
Biz İran hakimiyyətini ölkədəki əcnəbi diplomatları qorumağa və bu hücumu öz səlahiyyətlərinə uyğun şəkildə araşdırmağa çağırırıq”, - bəyanatda deyilir.