“Fransa parlamenti palatasının Azərbaycana qarşı qərar qəbul etməyə çağıran qətnaməsi Parisin rəsmi perspektivində öz əksini tapmayıb”.
"Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, onun günahıdır"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə bildirib.
“Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib”, - diplomat bildirib.
Onun sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur. O, xarici işlər naziri Ketrin Kolonnanın “Fransa sülhə nail olmaq fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcək” ifadələrini xatırladıb.
Qeyd edək ki, Fransa parlamentinin aşağı palatası Azərbaycanın Ermənistana “təcavüzü”nün dayandırılmasını tələb edən qərəzli qətnamə qəbul edib.