İspan fermerləri 27 min traktorla yollara çıxıb.
FED.az bu barədə xarici mediaya istinadən xəbr verir.
İpaniyada fermerlər son iki gündə etirazlarını getdikcə daha çox davam etdirərək, ölkə daxilində bir çox yolu bağlayıb və nəqliyyatın hərəkətini iflic ediblər.
Fermerlərin sosial media qruplarında mesajlaşaraq təşkil etdiyi etiraz aksiyaları ölkədəki 17 muxtar inzibati bölgədən 10-da təsirini göstərib. Ölkə daxilində 27 mindən çox traktorun yollara çıxdığı ən güclü etirazlar Barselona, Saraqosa, Mursiya, Ciudad Real, Castellon, Cadiz, Toledo, Valyadolid, Vitoria və Logrono şəhərlərində müşahidə olunub.
Bəzi yollarda 20 kilometrə qədər avtomobil növbələrinin yaranmasına səbəb olan etirazlar zamanı yollarda od yandıran və icazəsiz nümayiş keçirən fermerlərlə milli polis arasında vaxtaşırı gərginlik yaşanıb.
Təxminən 1000 traktorla Barselonaya daxil olan Kataloniyadan olan fermerlər muxtar hökumətin rəsmiləri ilə görüşüblər. İspaniya Milli Nəqliyyatçılar Assosiasiyası da öz açıqlamasında fermerlərin tətili səbəbilə 80 mindən çox yük maşınının yollarda qaldığını açıqlayıb.
Hökumət fermerləri dəstəkləyir
Digər tərəfdən, İspaniyada sol azlıq hökuməti fermerlərin "ədalətli tələbləri" olduğunu və onları dəstəklədiklərini bildirib. Hökumət ölkədəki 140 min fermerə 269 milyon avroluq fövqəladə yardıma başlayacağını və Avropa İttifaqı Komissiyasının 2030-cu ilə qədər pestisidlərin istifadəsini yarıya qədər azaltmaq qərarına yenidən baxacağını açıqlayıb
Baş nazir Pedro Sançes dünən parlamentdəki çıxışında qida zənciri qanununun gücləndirilməsi və idxalda qarşılıqlılığın tətbiqi barədə öhdəlik götürüb.
Verilən vədlərdən hələ də əmin olmayan və fəaliyyətlərini davam etdirəcəklərini qeyd edən kənd təsərrüfatı sektoru işçilərinə bağlı həmkarlar ittifaqları tələblərini belə bildiriblər:
- “AB-nin kənd təsərrüfatı siyasətlərində çeviklik, məhdudiyyətlər və qeyri-təsərrüfatdan gələn məhsullara daha sərt nəzarət.
- AB ölkələri, quraqlıq probleminə qarşı yardımı artırdı, tarlalardan bazarlara ərzaq tədarükü.
- "Zəncirvari nəzarət və qanunların gücləndirilməsi, fermerlərin sığorta hüquqlarının genişləndirilməsi.