Almaniyada koalisiya hökumətinin kənd təsərrüfatına subsidiyaları mərhələli şəkildə dayandırmaq planı fermerlərin böyük reaksiyasına səbəb olub.
Azərbaycanda aqrar kreditlərin faizinin bir hissəsi subsidiyalaşdırılacaq
FED.az xəbər verir ki, traktorları və yük maşınları ilə uzun növbələr yaradan alman fermerlər Almaniyanın bəzi bölgələrində magistral yolları bağlayaraq ölkə daxilində etirazlara başlayıblar.
Hökumətin kənd təsərrüfatında istifadə olunan dizel yanacağına vergi güzəştlərinin aradan qaldırılması planına qarşı nümayişlərə toplaşan fermerlərin etirazlarının bir həftə davam edəcəyi açıqlanıb.
Reuters-in məlumatına görə, fermerlər vergi endirimlərinin sona çatmasının təsərrüfatları iflasa sürükləyəcəyini iddia edirlər.
“Əkinçi yoxdursa, yemək yox, gələcək yoxdur” yazılı etiraz plakatları ilə bəzədilmiş traktor və yük maşınlarının karvanları yolları bağlayıb. Bu etirazların bir çox sektorun logistikasında problemlər yaradacağı bildirilir.
Alman Fermerlər Birliyinin (DBV) sədri Joachim Rukwied, verdiyi açıqlamada, fermerlərin kənd təsərrüfatı sektoru üçün nəzərdə tutulan vergi artımlarını qəbul etməyəcəklərini deyib.
Keçən həftədən bəri artan fermer etirazları hökuməti planına dəyişiklik etməyə məcbur edib. Fermerlərin kənd təsərrüfatı dizelinə görə vergi güzəştini qəfil dayandırmaq əvəzinə, subsidiya bu il 40 faiz, 2025-ci ildə 30 faiz azaldılacaq və 2026-cı ildən sona çatacaq.
Hökumət həmçinin meşə təsərrüfatı və kənd təsərrüfatı üçün avtomobil vergilərinə güzəştli rejimin ləğvi planlarından da imtina edib.
Alman Fermerlər Birliyidəyişikliklərin kifayət etmədiyini və bu həftəki etiraz planlarına sadiq qaldıqlarını açıqlayıb. (Marja)