Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı uğursuz genişmiqyaslı təxribatlar törədib.
Eləcə də bax: Ermənistan MN: "Daha 24 erməni hərbçisi ilə əlaqə kəsilib"
Azərbaycanın Ordusu tərəfindən görülən qəti tədbirlər nəticəsində qarşı tərəfin hücumunun qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin bölmələri canlı qüvvə və texnika sarıdan itki verərək geri çəkilməyə məcbur edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, dünəndən erməni mediasında yayılan məlumatlara əsasən, qarşı tərəfin 20-dək canlı qüvvəsi məhv edilib, 40-dan artıq hərbi qulluqçu yaralanıb.
Ermənistan ordusuna məxsus xeyli sayda silah-sursat hərbi qənimət olaraq ələ keçirilib. Bunlar iriçaplı pulemyotlar, snayper tüfəngləri, atıcı silahlar, çoxlu sayda tank əleyhinə və əl qumbaraları, patronlar və digər silahlardır.