Ermənistan Müdafiə Nazirliyinin yaydığı yeni məlumata görə, Noyabrın 16-da baş vermiş döyüş əməliyyatları nəticəsində erməni tərəfinin 1 şəhidi, 13 hərbi əsir var. Qeyd edilib ki, döyüş əməliyyatları zamanı daha 24 hərbçi ilə əlaqə kəsilib, onların taleyi hazırda məlum deyil. Hərbçilərin tapılması istiqamətində intensiv iş aparılır.
FED.az xəbər verir ki, məlumatda qeyd edilib ki, iki hərbi mövqe Azərbaycan ordusunun nəzarətinə keçib.
Dünən Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata qeyd edilmişdi ki, yaralıların sayı dəqiqləşdirilir.
Eləcə də bax: Saxlanılan erməni hərbçilərin sayı - AÇIQLANDI
Dünən yayılan qeyri-rəsmi məlumatlara görə, Ermənistan tərəfindən ölənlərin sayı 15 nəfər ola bilər. İddia olunur ki, Ermənistan Müdafiə Nazirliyi ölənlərin sayını gizlədir.
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, Ermənistanın şərq sərhəddində vəziyyət nisbətən sabitdir, atəşkəs razılaşması əsasən qorunub saxlanılır. (Marja)