“Ermənistan sülh sazişi ilə bağlı öz təkliflərini Azərbaycan tərəfinə təqdim edib”.
Paşinyan: “Ermənistan hələ 2007-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”
FED.az “Qafqazinfo”ya istonadən xəbər verir ki, “Sputnik Ermənistan”ın yaydığı məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Azərbaycan tərəfinə sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sərhəddə təhlükəsizlik təminatları ilə bağlı təkliflər təqdim etmişik”, - deyə Paşinyan qeyd edib.
Paşinyan, həmçinin Azərbaycanın bu təkliflərə reaksiyasının müsbət olacağına ümid etdiyini bildirib.