Ermənistanın İstintaq Komitəsi 2020-ci ilin payızında Qarabağ müharibəsi zamanı həlak olmuş və itkin düşmüş şəxslər barədə məlumatları ümumiləşdirib.
Eləcə də bax: "Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycandan 2-3 dəfə çox itki verib"
FED.az xəbər verir ki, “Həlak olmuş mülki şəxslər və hərbçilərin sayı 3781 nəfərdir”, - Komitənin mətbuat xidməti bazar ertəsi məlumat verib.
Qeyd olunub ki, 2021-ci il sentyabrın 27-nə 231 hərbi qulluqçu və 22 mülki şəxsi taleyi barədə məlumat yoxdur.
“İndiyədək Azərbaycan tərəfi 108 hərbi qulluqçu və mülki şəxsi Ermənistana təhvil verib”, - Komitədən bildirilib. (İnterfaks)