Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycandan 2-3 dəfə çox itki verib.
FED.az xəbər verir ki, “Ermənistan İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox”, - deyə dövlət başçısı bu fikirləri bu gün Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində söyləyib.
Onun sözlərinə görə, müharibə əlilləri bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır.
“Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyə İ.Əliyev vurğulayıb.