Ermənistanın Tavuş vilayətinin Kirants (Xeyrimli) kənd sakini sərhədlərin delimitasiyası prosesində həyətyanı sahəsinin Azərbaycanın ərazisinə düşəcək hissəsindəki tikiliyə od vurub.
“Sərhədin bu hissəsində Müdafiə Nazirliyinin mövqeləri olmayacaq”
FED.az xəbər verir ki, hadisəni əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Videodan göründüyü kimi, polis əməkdaşları və qonşular yanğını söndürməyə çalışıb.
Qeyd edək ki, 2020-ci ildə ermənilər işğal etdikləri Ağdamı və Kəlbəcəri, 2022-ci ildə isə Laçını tərk edərkən evlərə, inzibati binalara, meşələrə od vurub, dükanları, elektrik yarımstansiyalarını söküb dağıdıblar. (Trend)