“Ermənistan Müdafiə Nazirliyi demarkasiya olunmuş ərazilərdə sərhədləri qorumayacaq”.
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 1-də öz ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.
“Sərhədin bu hissəsində Müdafiə Nazirliyinin mövqeləri olmayacaq. Ola bilsin ki, biz öz suveren ərazimizi tərk edək, çünki bu ərazidə (Tavuşda - red.) Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunları xidmət edəcək”, - o qeyd edib.