Əfqanıstanın dörd qonşu ölkəyə elektrik enerjisinə görə 62 milyon dollar borcu var.
Eləcə də bax: Əfqanıstan Milli Bankı keçmiş məmur və deputatların - Hesabını Dondurub
FED.az Banker.az-a istinadən xəbər verir ki, borclarını ödəmək üçün Taliban əvvəlki hökumətin məmurlarının, habelə illərdir xərclərini ödəməyən sadə sakinlərin əmlakını satmağa qərar verib.
DABS enerji korporasiyasının verdiyi məlumata görə, bu üsul Əfqanıstana qısa müddətdə problemlərini həll etməyə kömək etsə də, uzunmüddətli perspektiv üçün başqa variantlar axtarmaq lazımdır.
Enerji korporasiyası əvvəlki hökumətin süqutundan bəri gəlirlərin 70% azaldığını açıqlayıb. DABS-ın indiki direktoru əhalinin şirkətə 500 milyon əfqani (5 milyon ABŞ dollarından çox) borcu olduğunu qeyd edib.
Bildirildiyi kimi, yerli sakinlər keçmiş məmurların əmlakının satılmasını dəstəkləyirlər. Belə ki, onlar ölkəni həmişəlik tərk ediblər və bir daha geri qayıtmayacaqlar.
Əfqanıstanın Özbəkistan, Tacikistan, Türkmənistan və İrana enerji borcu var. DABS bu ölkələrdən elektrik enerjisini kəsməməyi xahiş edib, həmçinin hesabları tezliklə ödəyəcəyini vəd edib.
Xatırladaq ki, sentyabr ayında Taliban nümayəndələri özəl banklara keçmiş nazirlərin, onların müavinlərinin və şəhər bələdiyyə başçılarının hesablarını dondurmağı, hesabların siyahısını respublikanın Mərkəzi Bankına göndərməyi əmr etmişdi.