Rusiya Prezidenti Vladimir Putin ölkəsi ilə Gürcüstan arasında viza rejiminin ləğvi və Moskva ilə Tbilisi arasında aviareyslərin bərpasından sonrakı vəziyyət haqda danışıb.
"Gürcüstan Hava Yolları" Gürcüstan prezidenti Zurabişvilini - TƏYYARƏYƏ BURAXMAYACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Sputnik Gürcüstan”ın yaydığı xəbərə görə, Rusiya lideri Gürcüstandakı reaksiyanın onun üçün gözlənilməz olduğunu bildirib:
“Mən düşünürdüm ki, hamı deyəcək ki, çox sağ olun, yaxşıdır. Amma yox, orada bu məsələ ilə bağlı tamamilə anlaşılmaz qarışıqlıq yarandı. Çox qəribədir. Və sadəcə, düzünü desəm, gözlənilməz oldu. Mən kənardan baxanda düşünürəm ki, onlar ağıllarını tamamilə itiriblər, ya necə? Orada nə baş verir, bəlli deyil. Ölkənin daxilində baş verənlər bizim işimiz deyil, qoy insanlar özləri qərar versinlər ki, Gürcüstan hansı yolla getsin, necə inkişaf etsin və s”.
Rusiya Prezidenti qeyd edib ki, o, Gürcüstanın özündə Rusiya ilə normal münasibətlər qurmağa çalışan insanlara, eləcə də Rusiya biznesinə və Gürcüstanı sevən vətəndaşlara dəstək olmaq istərdi.
Xatırladaq ki, iki ölkə arasında uçuşlar 2019-cu ildə Rusiya tərəfindən təktərəfli qaydada dayandırılıb. Buna səbəb isə Rusiya Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamentinə getməsindən sonra Tbilisidə baş verən kütləvi etirazlar olub.
Rusiya Prezidenti Vladimir Putin isə mayın 10-u iki ölkə arasında uçuşlara qoyulan qadağanı ləğv edib. Mayın 19-da Rusiya və Gürcüstan arasında 2019-cu ildən dayandırılan uçuşlar bərpa olunub. Lakin bu, Tbilisidə etirazlara səbəb olub. Aeroportda təyyarəni “Sizə burada görməyə şad deyilik”, “Rusiya təyyarəsi, get…” və s. plakatlarla qarşılayıblar.
Gürcüstan Prezidenti Salome Zurabişvili bunu arzuolunmaz uçuş adlandırıb. “Gürcüstan xalqının müqavimətinə baxmayaraq, Rusiya Tbilisidə arzuolunmaz uçuş həyata keçirdi”, - o tviterdə yazıb.