"Gürcüstan Hava Yolları" şirkəti "Georgian Airways" - Gürcüstan prezidenti Zurabişvilini təyyarəyə buraxmayacaq.
Gürcüstan prezidenti "Georgian Airways"i boykot etdiyini açıqlayıb
FED.az xəbər verir ki, Gürcüstanın “Georgian Airways” aviaşirkəti Gürcüstan prezidenti Salome Zurabişvilini şirkətin xidmətlərindən imtina etdiyi və ona boykot elan etdiyi üçün onu təyyarələrinə buraxmayacaq.
“Xanım Salome milli aviaşirkəti boykot etdiyini elan etdi. O, gürcü xalqından üzr istəməyincə onu persona non-qrata elan edirik, onu təyyarəyə buraxmayacağıq”, - aviaşirkətin açıqlamasında bildirilir.
Bundan əvvəl Gürcüstan prezidenti Zurabişvili “Georgian Airways”i boykot etdiyini açıqlamışdı.
O, həmçinin hər kəsi əvvəlki hakimiyyət dövründə olduğu kimi dövlətdən varlanmaq üçün istifadə edən aviaşirkətin boykotuna qoşulmağa çağırıb.
Mayın 20-də Gürcüstanın “Georgian Airways” aviaşirkətinin ilk təyyarəsi paytaxtın Vnukovo hava limanına enib.