Dünya şöhrətli qazax yazıçısı,icimai-siyasi xadim Oljas Süleymenov azərbaycanlı hüquqşünas, hüquq üzrə bir neçə kitabın müəllifi, türk dünyasında tanınmış ziyalılardan biri, 114 saylı Şəki kənd birinci seçki dairəsindən namizədliyini irəli sürən İbrahimxəlil Balayevə dəstək bəyanatı yayıb.
Eləcə də bax: Deputatlığa namizədə verilməli olan - 65 VACİB SUAL - SİYAHI
FED.az xəbər verir ki, o, Şəki seçicilərini İbrahimxəlil Balayevə səs verməyə çağırıb.
“Bizim xalqlarımız dostdur, bu hamıya məlumdur. Mənim Azərbaycanda yaxşı dostlarım çoxdur. Burada hamısının adını çəkməyə imkan yoxdur. Amma birinin adını çəkə bilərəm. Bu İbrahimxəlil Nəriman oğlu Balayevdir. Belə mürəkkəb uzun adı olsa da biz onu sadəcə İbrahim deyə çağırırıq. İbrahim bizim türkdilli respublikalara tez-tez gəlir. O, çox çalışır ki, bütün böyük dövlətlərə, o cümlədən - Rusiya, Çin, Birləşmiş Ştatlar, eləcə də Birləşmiş Millətlər Təşkilatına artıq uzun illərdir həllini tapmayan Qarabağ probleminin həllini tezləşdirmək xahişi və ya tələbinin yer alacağı müraciət qəbul edəcək ümumtürk qurultayı çağırmağa nail olsun. Artıq 30 ildir ki, bu problem həll olunmur. İşğal olunmuş torpaqlar Azərbaycana qayıtmır. İbrahim məhz bu problemin həll olunmasına yönəlmiş fəaliyyətlə məşğuldur. Ona mütləq dəstək lazımdır. Həm də Milli Məclisə deputat seçən Şəki sakinlərinin dəstəyi lazımdır. İbrahimxəlilə səs verin! Sağ olun qardaşlarım”, - Oljas Süleymenovun bəynatında deyilir.