“Citi Bank” bir müddətdir kosmetika şirkəti “Revlon”un borcunun konfiqurasiyası üzərində işləyirdi.
Eləcə də bax: Trampdan Çinə daha bir zərbə: «Alibaba» da qadağan edilə bilər
FED.az xəbər verir ki, Bank “Revlon”un kreditorlarını və borc məbləğini müəyyənləşdirib. Lakin kosmetika şirkətinin yenidən konfiqurasiya müqaviləsi imzalanmazdan əvvəl səhvən kreditorlara göndərilib.
“Citi Bank” səhvi anladıqdan sonra pulun geri qaytarılması üçün tədbirlər görüb. Lakin 175 milyon dollar köçürülən “Brigade Capital Management” bu pulu verməkdən imtina etib.
Bundan sonra “Citigroup” New Yorkdakı “Brigade”ə qarşı məhkəməyə müraciət edib.
Bank müraciət ərizəsində qeyd etib ki, səhvini anladıqdan sonra bank alıcılardan pulu geri tələb edib, lakin “Brigade” bundan imtina edib.
“Citi Bank” məsələ ilə əlaqədar Valyuta Nəzarəti İdarəsi və ABŞ Federal Ehtiyatı (Fed) ilə də əlaqə saxlayıb.
Bankdan edilən açıqlamada səhvin dərhal fərq edildiyi vurğulanıb. “Brigade” isə məsələyə münasibət bildirməkdən imtina edib.