ABŞ ərazisində Çinin daha böyük şirkətinin fəaliyyətinə qadağa qoyula bilər.
FED.az-ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ ərazisində Çinin «Alibaba» şirkətinin fəaliyyətinə qadağa qoyulması məsələsinə baxır. «Bəli biz başqa məsələləri də araşdırırıq»-deyə prezident bu barədə sual verərkən bildirib.
Eləcə də bax: "Alibaba"nın sahibi bir gündə 38 milyard dollarlıq satışdan - MƏMNUN DEYİL
«Alibaba Group» - Çinin ən böyük şirkətidir və 1999-cu ildən internet ticarət sahəsində çalışır. Dünyanın ən məşhur satış platformaları olan Alibaba.com, AliExpress.com, Taobao.com və Tmall.com bu qrupa məxsusdur.
Qeyd edək ki, hazırda Çinin iri şirkətlərinin ABŞ-da qadağan olunması prosesi gedir. Bir qədər əvvəl Tramp «Tik Tok təhlükəsi ilə mübarizə haqqında» qanun imzalayıb.
Qərara görə, TikTok ABŞ bazarında yalnız bir şərtlə çalışa bilər ki, Çin şirkətinə deyil, Amerika şirkətinə məxsus olsun. Həmin qərarla Amerika şirkətlərinə Tik-Tok-un sahibi «ByteDance» şirkəti ilə alqı-satqı etmək üçün 45 gün vaxt verilir. Başqa sözlə, göstərilən müddət ərzində ABŞ-ın heç bir şirkəti Tik-Tok-u alması, bu servisin ABŞ-da fəaliyyəti qadağan olunacaq.