Çinlə ABŞ arasında ticarət müharibəsinin davam etməsi fonunda rəsmi Pekin dünya ölkələrini Birləşmiş Ştatlarla hər hansı şəkildə Çinin maraqlarına ziyan vura biləcək ticarət sövdələşmələri bağlamamağı xəbərdar edib.
Ticarət müharibəsi. Hələlik hesab: Amerika 145% - Çin 125%. Kim qalib gələcək?
FED.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
“Çin hər hansı tərəfin Çinin maraqlarına (ziyan vurmaq) bahasına saziş bağlamasına qəti şəkildə qarşı çıxır. Bu baş versə, Çin bunu heç vaxt qəbul etməyəcək və qətiyyətli şəkildə əks tədbirlər görəcək. Çin öz hüquq və maraqlarının təhlükəsizliyini təmin etməyə qadirdir və bunda qətiyyətlidir”, - Çinin Kommersiya Nazirliyinin bəyanatında qeyd olunur.
Qeyd edək ki, Çinlə eyni regiondan olan Tayvan, Yaponiya və Cənubi Koreyanın hökumətləri artıq Vaşinqtonla gömrük rüsumlarının yumşaldılması ilə bağlı danışıqlara başlayıblar. ABŞ prezidenti Donald Tramp aprelin 2-də elan etdiyi gömrük rüsumlarının tətbiqini əksər ölkərə qarşı ertələsə də, Çinə qarşı əksinə olaraq, tarifləri daha da yüksəldərək 145%. rəsmi Pekin buna cavab olaraq Amerika mallarına tətbiq olunan idxal rüsumlarını 125%-ə qaldırıb. (Trend)