ABŞ prezidenti Tramp tərəfindən işə salınan tarif və ya ticarət müharibəsi yeni səviyyəyə yüksəlməkdədir.
FED.az xəbər verir ki, aprelin 1-dən Tramp 211 ölkəyə qarşı yeni gömrük rüsumları tətbiq edib. Nəticədə dünyanın demək olar ki, bütün ölkələtindən ABŞ-a gətirilən mallardan əlavə rüsum tutulacaq.
İlk günlər bu hadisə bütün ölkələrdə etirazf və ajiotaj doğursa da, sonradan bu proses iki ağır çəkili ticarət nəhənginin müharibəsinə çevrildi.
Aprelin 1-də Trampın Çinə qarşı tətbiq etdiyi rüsumlarla razılaşmayan Çin buna qarşı tədbir görəcəyini elan etdikdən sonra Tramp əvvəlcə rüsumları 105%, daha sonra isə 125% və aprelin 10-da 145%-ə yüksəltdi. Cavabında Çin də addım addım rüsumlar artıraraq əvvəl 84%, daha sonra 125%-ə qaldırıb.
Əslində Çinlə ABŞ arasında ticarət müharibəsi 3 ay əvvəl amma daha sakit başlayıb.
Birinci addım
Fevralın 1-də, yəni Tramp hakimiyyətə qayıtdıqdan cəmi 10 gün sonra ABŞ Çindən gətirilən bütün növ mallara əlavə 10% rüsum tətbiq etdi.
Cavabında fevralın 4-də Çin hökuməti ABŞ-dan neft, kənd təsərrüfatı texnikası, kiçik litrajlı avtomobillərə və pikaplara 10%, sıxılmış qaza isə 15% rüsum tətbiq etdi.
İkinci addım
Martın 4-də ABŞ Çingən gətirilən bütün növ mallara rüsumları daha 10% artıraraq 20%-ə çatdırdı.
Cavabında martın 4-də Çin hökumətinin qərarı ilə ABŞ mallarına 10% rüsum tətbiq edildi, ayrıca olaraq ABŞ-dan gətirilən kənd təsərrüfatı malları üçün tarifləri 15%-ə yüksəltdi. Bura toyuq, qarğıdalı, taxıl və pambıq kimi mallar aiddir. Paralel olaraq Çin hökuməti ABŞ-ın 15 şirkətinə qarşı icrac nəzarəti tətbiq etdi, daha 10 şirkət isə etibarsız sayıldı.
Yeri gəlmişkən, Çin hökumətinin ABŞ-a elə həmin gün cavab verməsi göstərdi ki, Pekin hadisələrin belə cərəyan etməsinə hazır idi.
Üçüncü addım
Aprelin 2-də ABŞ Çin mallarına əlavə 34% rüsum tətbiq edərək ümumi rüsumun məbləğini 54%-ə yüksəltdi.
Cavabında aprelin 4-də Çin də ABŞ mallarına 34% əlavə rüsum tətbiq etdi və nadir metalların ABŞ-a ixracına məhdudiyyət tətbiq etdi.
Dördüncü addım
Aprelin 8-də ABŞ çinə qarşı rüsumlara daha 50% artıraraq 104%-ə yüksəltdi.
Cavabında Çin hökuməti aprelin 9-da ABŞ-dan gətirilən malları rüsumu 505 artıraraq 34%-dən 84%-ə yüksəldib. Paralel olaraq ABŞ-ın daha 12 şirkətinə qarşı ixrac nəzarəti tətbiq edib, eləcə də daha 6 ABŞ şirkəti etibarsız elan edilib.
Beşinci addım
Aprelin 9-da ABŞ hökuməti Çin istehsalı olan mallara rüsumları 145%-ə yüksəltdi.
Cavabında aprelin 11-də Çin hökumətinin qərarı ilə ABŞ mallarına tariflər 125%-ə qaldırılıb.
Beləliklə aprelin 11-də rəsmi Pekinin qərarı ilə ABŞ-dan gələn mallara 125%-lik rüsumlar tətbiq edilib. Aprelin 12-dən qüvvəyə minən yeni tariflər Çinin ABŞ tərəfindən 145%-lik tariflərinə cavab tədbiri oldu.
Rəsmi Pekin, deyəsən, bununla da tarifləri qaldırmağı dayandıracaq, çünki Çinin Maliyyə Nazirliyindən bildiriblər ki, artıq yeni tiraflərlə ölkəyə idxal edilən ABŞ mallarının bazar əhəmiyyəti qalmayacaq. «Ona görə də, əgər ABŞ tərəfi Çin mallarına tarifləri qaldırmağa davam etsə, Çin artıq buna əhəmiyyət verməyəcək», — qovoritsə v zaəvlenii. Sadə şəkildə ifadə etsək, Çinin tətbiq etdiyi yeni tariflərldən sonra ABŞ malları Çin bazarında rəqabət qabiliyyətini itirib və bu qiymətə artıq heç kimə lazım deyil.
Bununla yanaşı, ilkin rəqəmlər göstərir ki, ABŞ-Çin qarşıdurmasında endirilən zərbələr Çin üçün daha ağrılıdır. Belə ki, 2024-cü ildə Çinin ABŞ-a ixracı 439 milyard dollar, ABŞ-ın Çinə ixracı isə 144 milyard dollar təşkil edir.
Tərəflər arasında faktiki ticarət müharibəsinin başlanması ilə yanaşı, Çin ABŞ-ın bu qərarlarından bir neçə dəfə Dünya Ticarət Təşkilatına da şikayət edib. Əvvəlcə Tramp Çin mallarına tarifləri 104%-dən 125%-ə qaldırdıqda, sonra isə 145%-ə yüksəltdikdə Pekin Ticarət Təşkilatına mürciət edərək tədbir görülməsini tələb edib.
ABŞ-ın yeni tariflərlə bağlı öz fikirləri var. Tramp elan edib ki, yeni tariflərin tətbiq edilməsinin səbəbi Çinin «dünya bazarlarına hörmətsiz yanaşmasıdır».
Çinin bu prosesə cavabı təkcə qarşı tərəfə tarifləri qaldırmaq və Ticarət Təşkilatına müraciət deyil. Pekin ABŞ-a bəzi faydalı qazıntıların ixracını da dayandırıb, həmin maddələr yüksək texnologiyalı malların istehsalında, o cümlədən raket texnologiyalarında, smartfonların istehsalında və qırıcı təyyarə isteşsalında istifadə edilir. Buraya samarium, terbium, qadolinium, lütesium aiddir. Dünya bazarına bu malların ixracının 90%-ə Çin nəzarət edir, onun əsas istifadəçiləri isə «Apple», «Tesla» və «Lockheed Martin» kimi şirkətlərdir. Çinin yeni qərarından sonra bu şirkətlər həmin maddələri tapmaq üçün əlavə mənbələr axtarmalı olacaqlar.
Xatırladaq ki, aprelin 2-də yeni tariflər qüvvəyə mindikdən sonra dünyanın 75 ölkəsi ABŞ-a müraciət edərək tariflərə yenidən baxmasını xahiş edib. Tramp bir neçə gün əvvəl həmin ölkələrin «onun arxasını öpməyə hazır olduqlarını» bildirmişdi. Çin isə ABŞ-la müharibəyə hazır olduğun elan etmişdi.
ABŞ-ın yeni tarifləri onun öz şirkətlərinə də təsirini göstərir və buna görə də bir sıra milyarderlər Vaşinqtonun bu qərarını yaxşı qarşılamayıb. O cümlədən Tramp komandasının üzvü İlon Mask belə tariflərin yersiz olduğunu bildirib və sonda prezident Çin, Kanada və Meksikadan başqa bütün ölkələr üçün yeni tariflərə 90 günlük vaxt verib.
Bununla yanaşı, ABŞ-ın Çinə qarşı tarif müharpibəsindən qalib çıxaracağına böyük şübhələr var. Bəzi ekspertlər bildirir ki, ABŞ Çinin xarici ticarətində böyük yer tutsa da, həlledici paya malik deyil. Ona görə də, Çinin ixrac variantları daha çoxdur. Ona görə də ABŞ Çinlə müharibəyə təkbaşına deyil, Çindən narazı olan digər ölkələrlə, məsələn, Avropa ilə birlikdə başlamalı idi.
ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ Çinlə müharibə nəticəsində dünyada tək qalacaq. Onun fikrincə, Çinlə mübarizə o zaman effektli ola bilərdi ki, bu prosesdə ABŞ-ın Avropa və Asiyadakı tərəfdaşları da onunla birlikdə olsun. Amma ABŞ onlara qarşı da tariflər tətbiq etdiyindən artıq həmin ölkələrdən dəstək görməyəcək.
Blinken bildirib ki, Çində düzgün olmayan ticarət siyasəti və təkrar istehsal problemləri doğrudan da var amma bunlarla başqa üsulla mübarizə aparmaq lazım idi. «Biz Avropa və Asiyadakı tərəfdaşlarla birlikdə olanda dünya ÜDM-nin 50-60%-ni təşkil edirik, Çin bu gücü iqnor edə bilməzdi. İndi isə vəziyyət fərqlidir və biz tək qalmışıq».
Keçmiş dövlət katibi onu da deyib ki, ABŞ-ın yeni tariflər tətbiq etməsinın digər mənfi nəticələri də var: «Artıq başqa ölkələr ABŞ-a etibarlı tərəfdaş kimi baxmayacaqlar və onun siyasətinin uzunmüddətli olacağına inanmayacaqlar. Bu fikri dəyişmək çox çətin olacaq».