Anadolu Agentliyinin cəbhə zonasına ezam olunmuş əməkdaşı, azərbaycanlı Ruslan Rəhimovun təmas xəttindən hazırladığı reportaj “Ayın videosu” seçilib.
Eləcə də bax: Cəbrayılda Azərbaycan bayrağı belə asıldı - VİDEO
FED.az xəbər verir ki, agentliyin veb saytlarında türk və ingilis dillərində aparılan səsvermədə sözügedən reportaj 5 video arasında qalib olub.
Qeyd edək ki, sentyabrın 30-da çəkilən görüntülərdə Azərbaycan-Ermənistan cəbhə xəttində gərginliyin davam etdiyi, bölgədə xidmətdə olan “AA”nın heyətinin hücumdan son anda xilas olduğu görünür. (Qafqazinfo)